Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının Xocəsən qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi

31 oktyabr 2019 | 11:00

    31 oktyabr 2019-cu il tarixdə Xocəsən qəsəbəsində yerləşən 217 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, aidiyyatı bələdiyyə sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.

    Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasında olmaqla, innovasiyalar, müasir idarəetmə və liberal iqtisadiyyat yolu ilə inkişaf etməsi üçün lazımi tədbirlər görülür. Qeyri-neft sektoru inkişaf etdikcə, ölkəmizdə məşğulluq artır, biznesin və sahibkarlığın inkişafı üçün sağlam mühit yaradılır, insanlar yeni iş yerləri ilə təmin olunurlar. Respublikamızda sosial problemlərin həlli işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində vacib addımlar atılır. Bir sözlə, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

   Daha sonra RİH başçısı bildirdi ki, davamlı inkişaf, əldə edilən uğurlar Binəqədi rayonunda da öz əksinin tapır. İndi olduğu kimi, gələcəkdə görülən işlər də vətəndaş məmnunluğuna xidmət edəcəkdir. RİH başçısı qeyd edilənlərlə yanaşı, qəsəbədə xeyli problemlərin mövcudluğunu və qarşıda görüləcək işlərin çox olmasını vurğuladı.

    Sakinlər aparılan islahatlara görə olkə rəhbərliyinə minnətdarlıqlarının bildirdilər. Bununla yanaşı, yaşadığları qəsəbədə onları narahat edən bir sıra məsələlərlə bağlı RİH başçısına müraciət edərək, qəsəbənin kanalizasiya xəttinin təmiri, dağılmış yolların bərpası, məktəb və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və s. məsələlərlə bağlı müvafiq köməklik göstərilməsini xahiş etdilər.

   Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun nitqində bildirdi ki, qaldırılan məsələlər böyük problemlərdir. Qısa müddətdə həll edilməsi mümkün olmasa da, həmin problemlərin həlli, tez bir zamanda aradan qaldırılması istiqamətində planlı işlər görülür. Sonda RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər