Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon məktəbliləri arasında “Mənim bayrağım” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirildi

05 noyabr 2019 | 11:00
5 noyabr 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Bakı Humanitar Kollecinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 9 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə “Mənim bayrağım” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirildi.
Tədbirin rəsmi hissəsində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev çıxış edərək məktəbliləri salamladılar, onları Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə təbrik edərək dərslərində müvəffəqiyyətlər arzuladılar.
Rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılmış inşa yazıları Bakı Humanitar Kollecinin müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən yoxlanıldı. Rəsm işləri isə Bakı Humanitar Kollecinin müəllimi Aynur Osmanova və Füzuli şəhər 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi Elvin Şirinov tərəfindən qiymətləndirildi.
İnşa yazı müsabiqənin nəticəsi aşağıdakı kimidir:
 
7-10 yaş qrupu üzrə:
I yer - Hüseynli Gülgəz Əli qızı, 298 №-li tam orta məktəb IV sinif
II yer - Yaqublu Nərgiz Vüqar qızı, 284 №-li tam orta məktəb V sinif
III yer - Həsənzadə Ağasif Arif oğlu, 276 №-li tam orta məktəb V sinif
 
11-14 yaş qrupu üzrə:
I yer - Səmədova Nərmin Elşən qızı, 298 №-li tam orta məktəb VII sinif
II yer - Abbasova Zəhra Vahid qızı, 306 №-li tam orta məktəb VIII sinif
III yer - Mahmudova Sürəyya Aydın qızı, 299 №-li məktəb-lisey VIII sinif
 
15-17 yaş qrupu üzrə:
I yer - Mollayeva Lalə Münasib qızı, 115 №-li tam orta məktəb X sinif
II yer - Məhərrəmova Aidə Arif qızı, 306 №-li tam orta məktəb X sinif
III yer - Bağırova Gülnaz Zaur qızı, 182 №-li tam orta məktəb X sinif
 
Rəsm müsabiqənin nəticəsi aşağıdakı kimidir:

7-10 yaş qrupu üzrə:
I yer - Abdullayeva Zərifə, 244 №-li tam orta məktəb II sinif
II yer - Səfərli Lalə, 3 №-li tam orta məktəb IV sinif
III yer - Babazadə Fatimə, 244 №-li tam orta məktəb I sinif
 
11-14 yaş qrupu üzrə:
I yer - Qəribova Səidə Etibar qızı, 313 №-li tam orta məktəb VI sinif
II yer - Səfərli Fidan, 244 №-li tam orta məktəb VIII sinif
III yer - Rəsulova Samirə, 283 №-li tam orta məktəb VII sinif
          
15-17 yaş qrupu üzrə:
I yer - Əlibabayeva Sahibə Kamran qızı, 299 №-li məktəb-lisey IX sinif
II yer - Şaqiyeva Yasmin Rafael qızı, 100 №-li tam orta məktəb IX sinif
III yer - Məmmədova Fidan Qabil qızı, 306 №-li tam orta məktəb IX sinif

 

 

 

 

 


 

Keçidlər