Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində yola düşəcək Binəqədi məktəblilərinin təntənəli yolasalınma mərasimi keçirildi

13 noyabr 2019 | 11:00
   13 noyabr 2019-cu il tarixində səhər saatlarında “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Göygöl- Şəmkir istiqamətinə yola düşəcək Binəqədi məktəblilərinin təntənəli yolasalınma mərasimi keçirildi.
     Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev məktəb direktorları, valideynlər, iştirak etdilər.
     Məktəblilər "Rəqsin Sultanları” rəqs kollektivinin “Yeni Bakı” rəqsini, F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin “Nağara şou” qrupunun çıxışını izlədilər.
    Sonra tur-aksiya iştirakçılarının ifasında “Ölkəmizi tanıyaq” layihəsinin 5-ci ildönümü üçün hazırlanmış “Ölkəmizi Tanıyaq” himni dinlənildi.
      Daha sonra Binəqədi məktəblilərinin səfər edəcəyi avtobus yola salındı.
    Ötən müddət ərzində Binəqədi rayonundan olan gənclər də bu layihədə yaxından iştirak edib. Bu günə qədər Binəqədi rayonundan 309 şagird respublikamızın müxtəlif bölgələrinə yola salınmış, oranın tarixi, təbiəti, adət və ənənələri, eləcə də son illərdə gedən adablıq-quruculuq işlərini öz gözləri ilə görmüşdür.
 
 
 
 
 
 
 
 
 
Keçidlər