Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “İctimai sabitliyin qorunmasında dini icmaların rolu” mövzusunda dəyirmi masa təşkil edildi

16 noyabr 2019 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhər şöbəsinin, Binəqədi RİH yanında İctimai Şuranın,  Binəqədi Rayon Bələdiyyəsinin və “İrfan” dini icmasının birgə təşkilatçılığı ilə 16 oktyabr 2019-cu il tarixdə Binəqədi rayonu bələdiyyəsinin inzibati binasında “İctimai sabitliyin qorunmasında dini icmaların rolu” mövzusunda dəyirmi masa təşkil edildi.
Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavni-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, DQİDK-nin Bakı şəhər şöbəsinin məsul əməkdaşı Amal Məlikov, İctimai Şuranın sədri Aslan Mehdiyev, Rayon bələdiyyəsinin sədri Salman Umudov, “İrfan” dini icmasının sədri Fuad Ələkbərov və icma üzvləri iştirak etdilər. Dəyirmi masanın keçirilməsində əsas məqsəd dini qurumların, eləcə də, onların üzvlərinin ictimai proseslərə verə biləcəyi töhfə və din xadimlərinin vətəndaşlıq mövqeyi barədə müzakirənin təşkil etmək idi.
Tədbiri açılış nitqi ilə başlayan Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavni-dini qurumlarla işin təşkilatçısı Ş.Gülverdiyev ölkədəki mövcud ictimai-siyasi sabitlik, onun dəyərləri və bu istiqamətdə görülmüş işlər barədə geniş məlumat verdi. O qeyd etdi ki, hal-hazırda əldə olunmuş stabillik, ictimai-siyasi sabitlik məhz ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş Azərbaycançılıq ideologiyası və balanslaşdırma siyasəti nəticəsində əldə edilmişdir və bu siyasət bugün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətə cəmiyyətin hər bir üzvü, qrupu, o cümlədən, dini icmaları da öz töhfəsini verməlidir. Hər bir din xadimi dindar olmaqla yanaşı Azərbaycan Respublikasının vətəndaşıdır və onun şəxsiyyət vəsiqəsini daşıyır. Azərbaycan Dünya dinlərinin qovuşduğu bir məkana çevrilmişdir. Bu səbəbdən də bu yaxınlarda Dünya dini liderlərinin II zirvə toplantısı məhz bizim ölkəmizdə keçirildi. Bu, müstəqil Azərbaycanın dini sahədə özünəməxsus iradəsini ortaya qoyur.
Daha sonra çıxış edən bələdiyyə sədri S.Umudov, İctimai Şuranın sədri A.Mehdiyev, DQİDK-nin Bakı şəhər şöbəsinin məsul əməkdaşı A.Məlikov, “İrfan” dini icmasının sədri F.Ələkbərov ölkəmizdə dinə və dindarlara olan diqqət və qayğı barəsində danışdılar. Bildirildi ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə tikilən məscidlər, bərpa olunan dini ibadət evləri ölkə rəhbərliyinin dinə olan münasibətinin təzahürüdür. Eyni zamanda, dövlət qurumlarının dini məsələlərə qayğı ilə yanaşması, dindarların problemləri ilə maraqlanması bütün dindarları sevindirir, dövlət-din münasibətlərini inkişaf etdirir.
Tədbir müzakirə ilə davam etdirilərək yekunlaşdı.
 
Keçidlər