Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyanın 12-ci turu çərçivəsində Binəqədi rayonunu təmsil edən məktəblilərin qarşılanma mərasimi oldu

16 noyabr 2019 | 11:00
16 noyabr 2019-cu il tarixində IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın 12 ci turu çərçivəsində Binəqədi rayonunu təmsil edən məktəblilərin Gəncə-Şəmkir-Göygöl bölgəsinə səyahəti başa çatdı.
Bu münasibətlə Binəqədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında qarşılanma mərasimi təşkil olundu.
Qarşılama mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyais və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, müdir müavini Şəmsi Gülverdiyev, tur-aksiya iştiraçılarının valideynləri iştirak etdilər.
YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov uşaqları salamlayaraq bildirdi ki, bu layihə çərçivəsində şagirdlərimiz ölkəmizin qərb rayonlarından olan Gəncə, Şəmkir və Göygöl rayonlarında tarixi abidələr, muzeylər, regionların sosial iqtisadi inkişafı ilə tanış olmaqla yanaşı, ölkəmizin füsunkar təbiəti ilə də tanış oldular.
Aksiya zamanı tur-aksiyanın iştirakçıları üçün təşkil edilmiş Nə? Harda? Nə zaman? intellektual yarışında Binəqədi məktəbliləri  ikinci yeri qazandılar.
 
 
 
 
 
 
Keçidlər