Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının kollektivi və gənc fəalları Səməd Vurğunun Ev Muzeyində oldu

26 noyabr 2019 | 11:00
26  noyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, kollektivi və gənc fəalları Səməd Vurğunun Ev Muzeyini ziyarət etdilər.
Ziyarət iştirakçılarına muzey haqqında ətraflı məlumat verildi. Bildirildi ki, dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim, iki dəfə Dövlət mükafatı laureatı Səməd Vurğunun Ev Muzeyi Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün 1975-ci ildə açılışı olmuş ilk memorial muzeydir. Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının 3-cü mərtəbəsində 6 otaqlı mənzildə yerləşir və Səməd Vurğun ömrünün son iki ilini bu evdə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olmuşdur. Ötən müddətdə şairin yaradıcılığı xeyli araşdırılmış və muzeyin fondu xeyli zənginləşdirilmişdir. Ev Muzeyində 3 otaq Səməd Vurğunun qonaq, yataq və iş otaqları mebelləri və əşyaları ilə birgə olduğu kimi saxlanılır. Digər 3 otaqda isə şairin yaradıcılığına və ictimai fəaliyyətinə, oğulları Yusif və Vaqif Səmədoğlulara məxsus eksponatlarla əhatə olunur. Muzeydə şairin vaxtilə dahi bəstəkarlarımız Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Səid Rüstəmovun ölməz əsərlərini ifa etdiyi royalı, əlyazmaları, yazı masası, skripkası və bir sıra qiymətli eksponatlar saxlanılır. Həmçinin ev muzeyinin qorunub-saxlanması istiqamətində göstərilən dövlət qayğısından bəhs edildi. Vurğulandı ki, burada ildə iki dəfə şairin xatirə günləri keçirilir və bir çox ictimai xadimlər, ədəbiyyat nümayəndələri və şairsevərlər iştirak edir.
Ziyarət iştirakçılarda xoş təəssüratlarla yadda qaldı.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı təsdiq olunmuş müvafiq İş Planlarına uyğun olaraq gənclərin asudə vaxtlarının səmərəli təşkili və tariximizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sadiq vətənpərvər gənclər olaraq yetişmələri üçün mütəmadi olaraq bu cür tədbirlər və ekskursiyalar təşkil edir.
 
 
 
Keçidlər