Şriftin ölçüsü :

Saytın rəngi :

306 nömrəli tam orta məktəbdə “Vəhdət qanımızdadır” adlı maarifləndirici tədbir keçirildi

26 noyabr 2019 | 11:00
Noyabrın 26-da Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Bakı şəhər şöbəsinin birgə təşkilatçılığı ilə 28 May qəsəbəsində yerləşən 306 nömrəli tam orta məktəbdə “Vəhdət qanımızdadır” adlı maarifləndirici tədbir keçirildi.
Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, edən DQİDK Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, məktəbin müəllim və şagird heyəti  iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gültəkin Ədilova qonaqları salamladı və sözü qonaqlara verdi.
İlk çıxış edən Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev tədbirin mövzusu barədə iştirakçılara məlumat verdi. Daha sonra çıxışında qeyd etdi ki, din insanların yaşam tərzi, mənəvi seçimi kimi dövlətin himayəsinə alınırsa, inanclı, dindar vətəndaşların da dövlətin qanunlarına, digər dinlərə hörmət qoyması və tolerantlıq amilinin hər yerdə qabardılması cəmiyyətin sabitliyini təmin edir. Tariximizin dərinliklərindən süzülüb gələn vəhdət anlayışı insanlarımızın həyat tərzidir.
Daha sonra çıxış edən Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev  Azərbaycan xalqının əsrlərlə qoruyub yaşatdığı zəngin milli-mənəvi dəyərlərin İslam dəyərləri ilə vəhdət təşkil etdiyini vurğulamaqla yanaşı, gənclərin İslam dininin tövsiyələrindən istifadə edərək milli-mənəvi dəyərlərimizə hər zaman sahib çıxmalı olduğunu bildirdi.
Çıxış edən DQİDK Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı  Nuru İmanov qeyd etdi ki, dünyada dinlər və məzhəblərarası münaqişələrin baş verdiyi dönəmdə Azərbaycan özünün tolerantlıq ənənələrini və multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir.
Sonda çıxış edən məktəbin direktoru Gültəkin Ədilova tədbirin təşkilinə görə minnətdarlığını bildirdi.
Tədbirdə  “Vəhdət qanımızdadır” sənədli  filmi nümayiş etdirildi.
 
 
 
 
Keçidlər