Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu keçirilib

27 noyabr 2019 | 11:00

 27 noyabr 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirildi. Qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak etdilər.

 Qəbulda müraciət edən 11 nəfər sakin tərəfindən evin təmirinə köməklik göstərilməsi, maddi yardım göstərilməsi, mənzillə və işlə təmin olunmasına köməklik göstərilməsi, şəhid adının əbədiləşdirilməsi və s. problemlərə dair qaldırılan məsələlər dinlənildikdən sonra, Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verdi. Eyni zamanda, RİH başçısı digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verdi.

Keçidlər