Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda silsilə ağacəkmə aksiyaları keçirildi

08 dekabr 2019 | 11:00
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Binəqədi rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib.
Müvafiq tövsiyəyə uyğun olaraq, 6 dekabr 2019-cu il tarixində gün ərzində Binəqədi rayonu 6-cı mikrorayon, M.Kazımovski küçəsi, Nəbatət bağı, İ.Cümşüdov küçəsi, Xocəsən qəsəbəsi, “Pepsi-kola” şirkətinin qarşısındakı parkda, Dərnəgül metro stansiyasının çıxışı, Binəqədi qəsəbəsi 15 sutka cəzaçəkmə müəsissəsinin yanı və Xocəsən qəsəbəsi, Motodrom  adlanan ünvanda 2000 ədəd həmişəyaşıl ağac əkilib.
Ağacəkmə aksiyalarında Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları,  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Bələdiyyələr, rayon ictimaiyyəti və sakinlər, Binəqədi rayonunda könüllülük işinə cəlb edilmiş gənclər və. s iştirak edib.
Ağacəkmə aksiyaları zamanı İmadəddin Nəsiminin qəzəllərindən ibarət musiqilər səsləndirilmiş, çay süfrəsi təşkil edilmişdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər