Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş konsert keçirildi

27 dekabr 2019 | 11:00
Dekabrın 27-də Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayon Heydər Əliyev adına istirahət parkında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə rayon idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri,rayon ictimaiyyəti və sakinlər iştirakı etdilər.
İlk olaraq tədbirin aparıcısı qonaqları salamlayaraq onları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi. Xalqımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın hər il dekabrın 31-ni - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü kimi böyük həvəs və coşqu ilə qeyd etdiyini bildirdi. Bu bayramın ildən-ilə daha geniş vüsət aldığı və daha geniş şəkildə keçirildiyi qeyd edilərək, Ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə verdiyi önəmdən bəhs edildi.
Tədbir iştirakçılarına 2020-ci il ərzində ölkəmizdə aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verildi. Böyük çoşqu ilə keçirilən konsert proqramı tanınmış incəsənət ustalarının çıxışları ilə davam etdirildi. Bir birindən maraqlı ifalar, möhtəşəm rəqslər, sakinlərdə yüksək əhval-ruhiyə yaratdı.
Konsert atəşfəşanlıqla yekunlaşdırıldı.
 
https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DhqbTgqSnmhg%26fbclid%3DIwAR3JpBIOJHfSb-E65q_gjdJT7PbiDXarLt9PFD675Ypqgq9i4ziu23Oid2c&h=AT2RUixN8L1Pdh5zvkS56mWWd9ox3t1f0N2etN3XpZs35nVTE4Qj5eb2JDnvfhnf-5-abl_Elz8TCPiyyIWdIpLtDWGHMqahiLY_aIHYPaPv08a2DdUFAeH2c8WDkB-liZnc
 
http://www.movqe.az/news/sosial/148684.html?fbclid=IwAR2ixoww2k8Vhet_pkIIlS59rdk3t5uyB5GfUBDJBUwDV4kgDCsf1DZzWs0

http://azxeber.com/az/bineqedide-bayram-konserti-kecirilib-fotolar/sosial/?fbclid=IwAR3wRshrSz9nVkSrbH44qhCPspoLD5bvTPXUMi9ZgDl2SCyXcx3yA3wCPmg

https://modern.az/az/news/222221

https://qafqazinfo.az/news/detail/bineqedide-bayram-konserti-kecirilib-fotolar-273539?fbclid=IwAR32B-C92h6lBhBJFb4s7bcrPX5OcFYaLcewAEeAqh2_bPaI5vWxRgaJ0nM

https://aqreqator.az/az/cemiyyet/482764

https://www.youtube.com/watch?v=ibCiEzNFEvQ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər