Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda əlil və qəyyumluqda olan uşaqlar üçün Yeni il şənliyi keçirildi

27 dekabr 2019 | 11:00
27 dekabr 2019-cu il tarixində Dünya məktəbində Binəqədi Rayon İcra Hakimiyyətinin və Xəzər Universitetinin Dünya məktəbinin birgə təşkilatçılığı ilə əlil və qəyyumluqda olan uşaqların bayram sevinclərini artırmaq, onları əyləndirmək məqsədi ilə Yeni il şənliyi keçirildi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Elnur Məmmədov, Yetkinlik yaşına çatmayanların işləri və  hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə  məsləhətçi-psixoloqu Orxan Əliyev, Dünya məktəbinin direktoru Mərufə Mədətova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, uşaqlara, gənc nəslə göstərilən dövlət qayğısından danışdılar.
Şaxta baba və Qar qız uşaqları maraqlı çıxışları və bayram sovqatları ilə sevindirdi, Dünya məktəbinin şagirdlərinin hazırladıqları bədii-musiqili proqram iştirakçılarda xoş əhval-ruhiyyə yaratdı.
 
https://azertag.az/xeber/Alil_ve_qeyyumluqda_olan_usaqlar_uchun_Yeni_il_senliyi_kechirilib-1228076
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər