Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu keçirilib

15 yanvar 2020 | 11:00

   15 yanvar 2020-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirildi. Qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak etdilər.

   Qəbulda iştirak edən səkkiz nəfər sakin müraciətlərində tikintiyə icazə verilməsi, torpaq sahəsi ilə təmin olunmağa köməklik göstərilməsi, maddi yardım göstərilməsi, kanalizasiya xəttinin təmiri  və s. problemlərin həllində köməklik göstərilməsini xahiş etdilər.

   Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev RİH-in səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olmayan məsələlərlə bağlı aidiyyatı qurumlara müraciət ünvanlanması, eyni zamanda, zərurət olduqda, araşdırma aparılaraq tədbir görülməsi ilə əlaqədar aidiyyəti məsul şəxslərə tapşırıqlar verdi.

Keçidlər