Şriftin ölçüsü :

Saytın rəngi :

1 və 2 saylı Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və Binəqədi bələdiyyəsinin 2019-cu ilin yekunlarına dair hesabatı keçirildi

28 yanvar 2020 | 11:00
28 yanvar 2020-ci il tarixində 135 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 və 2 saylı Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və Binəqədi bələdiyyəsinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi.
 
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İskəndər Cahagir-zadə və  hesabat təqdim edən qurumların rəhbərləri və nümayəndəlik ərazisinin sakinləri iştirak etdilər.

Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov qeyd etdi ki, istər bələdiyyələr, istər Rayon İcra Hakimiyyətinin yerli nümayəndəlikləri rəhbərlik etdiyi inzibati ərazinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyət göstərməli, mövcud problemlərin operativ və vaxtında həll edilməsi istiqamətində aidiyyəti təşkilatlarla birlikdə zəruri tədbirlər görməli, öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsini təmin etməli, bələdiyyə qulluqçularının və kommunal xidmət təşkilatlarının yerli sahə nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər təşkil etməlidirlər. İlqar Süleymanov Ölkə rəhbərinin siyasətinə uyğun olaraq, həyata keçirilən bütün tədbirlərin başlıca məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu qeyd etdi.
 
Daha sonra 1 və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və Binəqədi bələdiyyəsinin sədri hesabat məruzəsi ilə çıxış etdilər.
 
İlk öncə RİH başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Fərdi Ağamalıyev hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, 1 nömrəli  Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin üzərinə düşən vəzifələrin icrasını vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirdiyini, hesabat dövründə nümayəndəliyin ərazisində geniş miqyaslı abadlıq-quruculuq işlərinin görüldüyünü bildirdi. Həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verən F.Ağamalıyev qarşıdakı ildə də bu işlərin davam etdiriləcəyini qeyd etdi.
 
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Dilbər Şükürova çıxış edərək 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrinə dair fəaliyyəti barədə məlumat verərək diqqətə çatdırdı ki, 2019-ci il ərzində mənzillərin yumşaq dam örtüyü, yaşayış binalarında pilləkən qəfəslərinin, fasadların əsaslı təmiri, çardaqlı dam örtüklərinin kənar yanar əşyalardan təmizlənməsi, damlarda quraşdırılmış su çənlərinin ləğv edilməsi, pilləkən qəfəslərində mərtəbəarası meydançalarda qanunsuz quraşdırılmış şkafların sökülməsi və abad məhəllələrin salınması istiqamətində və.s. abadlıq-quruculuq işləri davam etdirilimişdir. Nitqinin sonunda bildirdi ki, 2020-ci ildə də,  ölkə rəhbəri tərəfindən qarşıya qoyulan bütün vəzifələrin həlli istiqamətində var gücümüzlə çalışacağıq.
 
Daha sonra Binəqədi bələdiyyyəsinin sədri Mürsəl Eminov 2019-cu il ərzində Bələdiyyə tərəfindən bələdiyyənin inzibati hüdudları daxilində görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etdi və tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, yeni seçilmiş bələdiyyə sədri kimi öz fəaliyyətində ona göstərilən etimadı doğruldacağını, yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak edəcəyini və  vətəndaş mənmunluğunu təmin etmək məqsədi ilə əhalinin qəbulu, ərizə və şikayətlərə baxılması, vaxtında cavablandırılması, vətəndaşlar tərəfindən qaldırılan, onları narahat edən problemlərin operativ həll edilməsi, bu sahədə buraxılan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində bələdiyyə tərəfindən müvafiq tədbirlərin görüləcəyini qeyd etdi.
 
Sonda vətəndaşlar dinlənildi, onlar tərəfindən qaldırlan problemlərlə bağlı rayon rəhbərliyi tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyələr verildi.

 

 

 

 

 

Keçidlər