Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu keçirilib

29 yanvar 2020 | 11:00
29 yanvar 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirildi. Qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak etdilər.
 
Qəbulda iştirak edən səkkiz nəfər sakin müraciətlərində işlə təmin olunmağa köməklik, maddi yardım göstərilməsi, tikintinin aparılmasına icazə verilməsi, mənzillə təmin olunmağa köməklik və.s məsələlərin həllində köməklik göstərilməsini xahiş etdilər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanması, eyni zamanda, zərurət olduqda, araşdırma aparılaraq tədbir görülməsi ilə əlaqədar aidiyyəti məsul şəxslərə tapşırıqlar verdi.

 

 

 

 

 

 

 

 

Keçidlər