Şriftin ölçüsü :

Saytın rəngi :

Xeyriyyəçi Ağamusa Nağıyevin anadan olmasının 101-ci ili münasibətilə tədbir keçirildi

05 mart 2020 | 11:00
4 mart 2020-ci il tarixində Biləcəri qəsəbəsində xeyriyyəçi Ağamusa Nağıyevin anadan olmasının 101-ci ili münasibətilə tədbir keçirildi.

İlk olaraq Bakı milyonçusunun qəbri ziyarət olundu, daha sonra ehsan süfrəsi açıldı. Ehsanda Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, Biləcəri bələdiyyəsinin sədr müavini Samirə Həsənova, A.Nağıyevin nəvəsi Dilarə Əliyeva, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirdə çıxış edən müdir müavini Şəmsi Gülverdiyev Ağamusa Nağıyevin xeyriyyəçilik fəaliyyəti haqqında danışdı və belə ənənələrin yaşamalı olduğunu qeyd etdi.

Daha sonra çıxış edən natiqlər A.Nağıyevin həyat və fəaliyyəti haqqında məlumat verdilər.
 
 
 
 
 
 
 
Keçidlər