Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə "Müstəqilliyimiz əbədidir" mövzusunda rəsm müsabiqəsi keçirildi

10 may 2020 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə "Müstəqilliyimiz əbədidir" mövzusunda rəsm müsabiqəsi keçirildi.

Müsabiqədə orta ümumtəhsil məktəblərinin şagirdləri və rayonun gənc rəssamları iştirak etdilər.

Onlayn qaydada təqdim olunan rəsm işlərinin müəllifləri xüsusi karantin rejimi qaydalarına riayət edilməklə növbəti həftə ərzində Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılacaqlar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər