Şriftin ölçüsü :

Saytın rəngi :

“İDEA” İctimai Birliyinin gənc könüllülərinin Binəqədi rayon sakinlərinə tibbi maskaların paylaması aksiyası keçirildi

19 may 2020 | 11:00
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq, koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının qorunması məqsədilə “İDEA” İctimai Birliyinin gənc könüllülərinin iştirakı ilə Binəqədi rayon sakinlərinə ödənişsiz şəkildə tibbi maskaların paylanılmasına start verilib.

Aksiya çərçivəsində sakinlərin daha kompakt şəkildə toplaşdığı ünvanlarda, metro stansiyalarının ətrafında və giriş hissələrində, ictimai məkanlarda insanlarla marifləndirici söhbətlər aparıldı, onlara tibbi maskalardan istifadə etməyin vacibliyi barədə müvafiq məlumatlar verildi.
 
Bununla bərabər, mobil qruplar tərəfindən rayon ərazisində koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində mütamadi olaraq tibbi dezinfeksiya məslullarının, qoruyucu maska və əlcəklərin paylanılması işi həyata keçirilir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər