Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda məktəb yaşlı gənclər arasında “Şahmat” və “Dama” birinciliyi

22 iyun 2020 | 11:00
18 iyun 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü”nə həsr olunmuş “Şahmat”  və  “Dama” birinciliyi  keçirildi.

“Şahmat” birinciliyinin nəticəsinə əsasən 1-ci yeri “Qələbə” komandası , 2-ci yeri “6 mkr” komandası, 3-cü yeri “Səma” komandası tutdu. Digər iştirakçılar fərqlənmə diplomu ilə mükafatlandırıldılar.

“Dama” birinciliyinin nəticəsinə əsasən 1-ci yeri “Zİrvə” komandası, 2-ci yeri “Şahin” komandası, 3-cü yeri “Biləcəri” komandası tutdu. Digər iştirakçılar fərqlənmə diplomu ilə mükafatlandırıldılar.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak etdilər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq, tədbirdə  COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar stadiona hərarətləri yoxlanılaraq və tibbi maskadan istifadə edərək daxil olublar. Tədbir tamaşaçıların iştirakı olmadan təşkil olundu.
 
 
 
 
 
 
 
Keçidlər