Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil

14 iyul 2020 | 11:00
Bildimiyimiz kimi, Ermənistan Silahlı Qüvvələri 12.07.2020-ci il tarixində günorta saatlarında Azərbaycan Respublikası və Ermənistan dövlət sərhəddindən artilleriya və digər iriçaplı silahlardan istifadə edərək hücuma cəhd göstərmişlər. Azərbaycan ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində, təmas xəttində təxribatların qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqli cavab verdilər. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu göz önündədir. Ordumuz dünyada 50 ən güclü ordu sırasındadır. Ordumuz daima yeni silah və texnikalarla təmin olunur. Bu da, Ali Baş Komandanın Silahlı Qüvvələrimizə olan diqqət və qayğısının nəticəsidir.
Ali Baş Komandan cənab İlham Əliyev nəinki hərbiçilərə, eyni zamanda müharibə veteranlarına, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə də daima diqqət və qayğı göstərir. Şəhid ailələri mənzillə təmin olunur, sosial və digər problemləri dövlət tərəfindən həll edilir.
Məlum son döyüş əməliyyatında da silahlı qüvvələrimizin 4 hərbi qulluqçusu şəhid olmuşdur. Şəhid anaları olaraq Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirik. İnanırıq ki,tezliklə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan bayrağı işğal olunmuş torpaqlarımızda dalğalanacaqdır.

Binəqədi Rayonu Şəhid Anaları Xeyriyyə mərkəzinin sədri:     Aboyeva Yetər

 

Keçidlər