Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda humanitar aksiya keçirildi

02 avqust 2020 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon bələdiyyəsi və “German Hospital”ın birgə təşəbbüsü ilə torpaqlarımızın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailələrindən olan oğlan uşaqları üçün sünnət xeyriyyə tədbiri həyata keçirildi.
 
Binəqədi Rayon bələdiyyəsinin sədri Mürsəl Eminov, sədr müavini Toğrul Babayev və “German Hospital”ın həkim kolləktivinin iştirak ilə həyata keçirilən xeyriyyə aksiyasında ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn normalara ciddi əməl edildi.
 

 
Keçidlər