Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş “Voleybol” turniri keçirildi

31 avqust 2020 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 24-25 avqust 2020-ci il tarixlərində Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş “Voleybol” turniri keçirildi.
 
“Voleybol” (oğlanlar) turnirinin nəticəsinə əsasən 1-ci yeri “Azal” komandası, 2-ci yeri “Natiq” komandası, 3-cü yeri “Azəri” komandası tutdu.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq, “COVID-19” virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub və yarış açıq hava şəraitində keçirilib. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.
 
 
 
 
 
 
Keçidlər