Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi qəsəbəsinin ərazisində yerləşən göl və gölətrafı ərazidə iməclik həyata keçirildi

01 sentyabr 2020 | 11:00
01 sentyabr 2020-ci il tarixində Binəqədi Rayon Binəqədi qəsəbə bələdiyyəsi və “EcoFront” xeyriyyə təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi qəsəbəsinin ərazisində yerləşən göl və gölətrafı ərazidə iməclik həyata keçirildi.

İməclik zamanı gölün ətrafı atılmış bir çox tullantı, eləcə də plastik qab və torbalardan təmizləndi.

Aksiyanın əsas məqsədi təbiəti maksimum dərəcədə bərpa edilə bilməyən qalıqlarından təmizləmək, eləcə də ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdən ibarətdir.
 
 
 
 
 
 
Keçidlər