Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində təmizlik işlərinin görülməsinə başlanılıb

04 sentyabr 2020 | 11:00
Bakı şəhərində sanitar-epidemoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayon ərazisində təmizlik işlərinin görülməsinə başlanılıb. Müvafiq Sərəncama əsasən, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, rayon ərazisində məişət tullantılarının idarə edilməsi işləri həyata keçirilir.

Belə ki, aidiyyəti qurumlar tərəfindən məişət tullantı konteynerlərinin qoyulması üçün 6 yeni meydança yaradılmış, 30-a qədər müvafiq meydançaların bərpası işi həyata keçirilib. Bununla bərabər sakinlərin istifadəsinə verilmiş tullantılar üçün nəzərdə tutulmuş konteynerlərdə zəruri təmir bərpa işləri çərçivəsində 93 konteynerə yeni təkərlər qoyulmuş, tullantılar üçün nəzərdə tutulmuş 108 konteynerin rənglənməsi işləri aparılıb.

Eyni zamanda rayon ərazisində tullantılar nəticəsində suni şəkildə yaradılmış 4 poliqon ləğv edilmiş, 205 tona yaxın gündəlik məişət tullantısının daşınması və zərərsizləşdirilməsi təmin edilir.

Bu işlərdə vətəndaşların məsuliyyətinin artırılması məqsədilə mütəmadı olaraq maarifləndirmə işləri həyata keçirilir.

 

Keçidlər