Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin yüksək bal toplamış məzun Kərimli Əziz İlham oğlu ilə görüşü

11 sentyabr 2020 | 11:00

11.09.2020-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarının nəticəsinə görə III ixtisas qrupu üzrə ən yüksək (700) bal toplamış 276 saylı məktəbin məzunu Kərimli Əziz İlham oğlu ilə görüş keçirilib.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Aparatının şöbə müdirləri müdirləri Nicat Allahverdiyev, Sabir Əliyev, 276 saylı məktəbin direktoru Bəhram Şiriyev və III ixtisas qrupu üzrə ən yüksək (700) bal toplamış 276 saylı məktəbin məzunu Əziz Kərimli iştirak edib.

Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Əziz Kərimliyə uğurlar arzulayaraq onun naliyyətinə bütün rayon ictimaiyyətinin sevindiyini bildirdi. Təhsil sahəsində həyata keçirilən hər islahat, baş verən hər bir hadisənin ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını və Azərbaycanda təhsilin inkişafının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən natiq bu gün cənab Prezident İlham Əliyevin Ümummilli Liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirdiyini qeyd etdi. E.Allahverdiyev bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sonsuz diqqət və qayğısı nəticəsində ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəblər tikilmiş, bir çox məktəblər üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür.

276 saylı məktəbin direktoru Bəhram Şiriyev və məktəbin şagirdi Əziz Kərimli çıxış edərək onlara yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Sonda Əziz Kərimliyə Rayon İcra Hakimiyyətinin xatirə hədiyyəsi təqdim edilib.

Keçidlər