Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfərə gedən yolda, Şanlı ordumuzla birlikdə addımlayırıq

29 sentyabr 2020 | 11:00

Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızda keçirdiyi əməliyyat hər bir Azərbaycan vətəndaşını qürurlandırmaqdadır.

Cənab Prezident İlham Əliyevin 27 sentyabr tarixində Azərbaycan xalqına müraciət çıxışı, səsləndirdiyi qətiyyətli fikirlər, böyükdən kiçiyə hər bir azərbaycanlını fərəhləndirdi. Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında, cənab Prezidentin ilk qələbə sevinci münasibətilə xalqımızı təbrik etməsi, 30 ildən çoxdur öz dədə-baba yurdlarından didərgin salınmış qardaş və bacılarımıza ən böyük və əvəzssiz qələbə müjdəsinin ilk qığılcımı idi.

Xalq-Ordu, Xalq-İlham Əliyev birliyinin sarsılmaz vəhdət halında olması bu gün minlərlə şəxsin könüllü şəkildə ordu sıralarına yazılmalarında öz əksini tapmaqdadır. Cəmiyyətimizin hər bir fərdinin gözündəki yüksək inam, ordumuza və Ali Baş Komandanımıza olan məhəbbət əldə etdiyimiz və edəcəyimiz qələbələrin özəyini təşkil edir.

Bu gün Azərbaycan xanımı olaraq bizlər də ölkə başçımızın bir əmri ilə ordumuzda xidmət edən şanlı əsgərlərimizlə birlikdə çiyin-çiyinə torpaqlarımızın azadlığ uğrunda döyüşməyə hazırıq.

Eyni zamanda əminəm ki, qısa zamanda üçrəngli bayrğamızın dalğalandığı müqəddəs torpaqlarımızda yüzminlərlə Azərbaycan anası, qadını olaraq zəfərli ordumuzun şanına qələbə nəğmələri oxuyacağıq.


Yetər Aboyeva
Şəhid Anaları Xeyriyyə Mərkəzinin Binəqədi rayon şöbəsinin sədri

Keçidlər