Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya azərbaycanlıları Qarabağ uğurunda döyüşə qalxıb!

02 oktyabr 2020 | 11:00

 Ermənistan hər zaman regionda sabitliyin pozulmasına çalışıb. Zaman-zaman Azərbaycana qarşı Ermənistan tərəfindən edilən təxribatlar buna əyani sübutdur. Biz bunun iyul ayında növbəti dəfə şahidi olduq. Lakin bu işğalçı ölkə öz çirkin planlarını davam etdirməkdədir. Görünür, Paşinyan iyul təxribatlarlında aldığı zərbəni həzm edə bilmir. Prezident İlham Əliyev hələ sentyabrın 19-da yerli telekanallara müsahibəsində qeyd etmişdi ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Son zamanlar Ermənistanın təmas xəttinə yaxın qüvvələrini cəmləşdirməsi və hətta, terrorist qrupların muzdlu döyüşçülərini də bura cəlb etməsi növbəti təxribatın ola bilməsindən xəbər verirdi. Ölkə başçısının bu mesajı hər kəsdən məsuliyyətli və hazırlıqlı olmağı tələb edirdi. Bu, “Hər zaman müharibəyə hazır ol” şüarının real təcəssümü idi.

 Qeyd edək ki, Prezident İlham Əliyevin qeydləri, bəyanatları, müsahibələri və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışı Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün siqnal idi. Prezident İlham Əliyev Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən kəndlərə, hərbi mövqelərə hücum etməyə başladılar və bu iki gündə mülki şəxslər arasında itkilərimiz oldu. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artır. Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən, aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə onlara növbəti dərs veriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbulu mərasimindəki çıxışında bildirb ki, Azərbaycan ordusu adekvat cavab verdi: “Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Onlara adekvat cavab verildi. Onların yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı”.

      Çox sevindirici haldır ki, illərdir vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində aparılan təbliğat öz effektini verib. Bu gün əli silah tutan hər kəs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gedib könüllü vətəni qorumaq üçün adını yazdırır. Bu da cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olmasının bariz nümunəsidir. Bu vətənpərvərlik, ümumiyyətlə, dünya azərbaycanlılarında özünü göstərməkdədir. Bu gün xaricdəki soydaşlarımız da vətəndə baş verənlərdən narahatdırlar. Onlar sürəkli şəkildə müharibədə döyüşməyə hazır olduqlarını bildirirlər. Hətta, bu yaxınlarda bir xanım diaspor rəhbərindən müsahibə alarkan qeyd etdi ki, müharibədə vətən yolunda gəlib döyüşməyə hazırdır. Əlbəttə ki, bütün bunlar qürurvericidir və dünya azərbaycanlılarının ölkə başçısının hər bir çağırışına adekvat olaraq Azərbaycan adına savaşa hazır olmasının göstəricidir.

      Bu gün dünya azərbaycanlıları Qarabağ uğurunda döyüşə qalxıb. Hazırda cəhədə qızğın döyüşlər gedir. Müzəffər Azərbaycan Ordusu erməni təxribatçılarının tutarlı cavabını verir. İllərdir Ermənistanın sülh danışıqlarına məhəl qoymaması elə bu işğalçı ölkənin özü üçün mənfi sonluqla nəticələnəcək...
 

Keçid üçün: https://modern.az/az/news/258229

Binəqədi RİH yanında İctimai Şuranın katibi,
jurnalist Fuad Hüseynzadə

Keçidlər