Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayanda çirkin əməllərə əl atır

16 oktyabr 2020 | 11:00
Azərbaycan Prezidenti İlham Əliyevin xarici KİV-lərə, xüsusən də telekanallara verdiyi müsahibələr bütün dünyada erməni yalannı ifşa etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Son günlər Prezident İlham Əliyevin Türkiyənin “Habertürk” televiziya kanalına verdiyi müsahibəsində də atəşkəsin pozulma səbəblərindən başlamış, işğaldan azad olunan torpaqlarda görülməsi zəruuri olan işlərə qədər çox vacib məsələlərə toxunmuşdur.

Otuz ildir, mənfur erməni faşistlərinin öz havadarlarının köməyi ilə Azərbaycan ərazisinin  20 faizini işğal edib, ATƏT-in Minsk qrupu keçən əsrin sonlarından Ermənistanın ərazilərimizdən çıxarılması istiqamətində guya danışıqlar aparırlar: "Azərbaycan Respublikası diplomatik və siyasi qanunlar çərçivəsində bütün beynəlxalq danışıqlara və danışıqlarda alınan qərarlara əməl edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bu illər ərzində daima səbir və təmkinlə konfliktin qan tökmədən, sülh yolu ilə həllinə çalışıblar. Düşmənlərimiz isə dəfələrlə Azərbaycanı təxribata çəkməyə cəhd göstərib. Nəhayət, Ali Baş Komandanın əmri ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etmək uğrunda şərəf və ləyaqət mübarizəsinə başlayıb. Bu savaş əsl Vətən müharibəsidir. Güclü zərbələr alan, külli-miqdarda döyüş texnikası, hərbi sursat, minlərlə canlı qüvvə itirən düşmən bütün beynəlxalq qurumlara, hegemon dövlətlərə müraciət edərək müvəqqəti humanitar atəşkəs haqqında sənədin imzalanmasına nail oldular. Ancaq üstündən heç bir gün keçməmiş erməni işğalçıları vəhşicəsinə, mənəviyyatsızcasına, müharibə qanunlarına əməl etmədən gecə vaxtlarında Gəncə, Mingəçevir, Yevlax şəhərlərinin, eləcə də Qarabağdan 100 kilometrdən artıq məsafədə yerləşən Bərdə, Tovuzu və digər rayonların dinc sakinlərinin yaşayış yerlərini raketlərdən, müxtəlif ağır silahlardan atəşə tutublar. Biz - Binəqədi rayon ağsaqqalları bu vəhşiliyi, bu vandalizmi qətiyyətlə lənətləyirik. Dünya ölkələrinin rəhbərlərini bu vəhşiliyə siyasi qiymət verməyə çağırırq. Qoy erməni faşistləri, eləcə də bütün dünya bilsin ki, Azərbaycan halal torpaqlarının bir qarışını da düşməndə qoymayacaq. Xalqımızın zəfərli, rəşadətli, hünərvər qələbələri işğalda olan bütün ərazilərimizdə Azərbaycan bayrağını qürurla və əbədi dalğalandıracaq.

Qələbə bizimlədir. Yaşasın Azərbaycan ordusu. Qarabağ Azərbaycandır!

Akif Rəfiyev Qarabağ Müharibəsi Veteranı, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri
 
Keçidlər