Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gəncləri Şəhidlərin məzarlarını ziyarət etdilər

31 dekabr 2020 | 11:00

Binəqədi gəncləri Şəhidlərin məzarlarını ziyarət etdilər

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirdi. 44 gün ərzində davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı  və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız mənfur düşməndən  azad edildi.

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində rayonumuzun gəncləri Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının məzarlarını ziyarət etmişlər. Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin fəallarının birgə təşəbbüsü ilə vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş vətən övladlarının məzarlarını ziyarət etmiş, şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri düzmüş  və onların xatirəsi dərin ehtiramla anılmışdır.

Vətən yolunda canlarını fəda etmiş oğullarımızın həyat yolu gənclərimizə bir örnəkdir!

Yaşasın, müzəffər Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Keçidlər