Şriftin ölçüsü :

Saytın rəngi :

Ölümlünlə ölümsüzlüyə qovuşduğun 40-cı gündür artıq…

16 yanvar 2021 | 11:00

Ölümlünlə ölümsüzlüyə qovuşduğun 40-cı gündür artıq…

40 gündür aramızda olmayan şəhidimiz var. 40 gündür ki səninlə vidalaşdıq, səni müqəddəs torpağa tapşırdıq, lakin tək torpağa yox, həm də qəlbimizə… Şəhidlik Murad üçün əlçatmaz zirvə idi, Vətən uğrunda ölmək böyük şərəf idi. Bu səbəbdən qaçmadı düşmən qabağından. Bir gecədə yol aldı Şəhidlik zirvəsinə, mübarizliyi ilə səs verdi Vətəninin səsinə… O şəhid ki, ömrü boyu ölümün gözünə dik baxıb, hər an Vətən uğrunda canından keçməyə hazır olub. Yalnız müqəddəs amal uğrunda vuruşan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən, cəsarətli, hünərli, qorxmaz insanlar çatırlar bu yüksəkliyə. Murad adının mənası-arzu, istək, dilək deməkdir. ŞƏHİDİM-Sən bu gün arzuladığın, istədiyin ən yüksək məqama - ŞƏHİDLİK ZİRVƏSİNƏ ucaldın. Bu Zirvə ən uca zirvədir. Murad yenə də bu zirvədən bizlərə və bu dünyada əmanət qoyub getdiyi anasına və üç bacısına gülümsər çöhrəsi ilə baxır.

Məmmədli Murad Teymurşah oglu 1996-ci ildə  Bakı şəhəri, Biləcəri qəsəbəsində anadan olmuşdu. 2002- ci ildə 144 №-li tam orta məktəbin 1-ci sinfinə getmişdi. Murad 9 yaşı olanda atasını itirmişdi. 2011-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyini maşinist fakültəsinə daxil olub, 2014-ü ildə liseyi bitirdikdən sonra hərbi xidmətə yollanmışdı. Hərbi xidmətə Goranboy rayonu Ağca kənddə başlasa da, Murovda davam etdirmiş, 2016-ci ildə hərbi xidməti başa vurmuşdu Murad. Arzusu Metropoliten əməkdaşı  olmaq istəyi olan Murad, imtahanlara hazırlaşıb universitetə daxil olmaq qərarına gəlmişdi. Lakin Vətənin ərazi bütövlüyü uğrunda başlayan müharibəyə könüllü olaraq yollanmış, Fizuli uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək 21 oktyabrda Şəhidlik zirvəsinə yüksəldi igid qəhrəmanımız. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN !

Keçidlər