Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Şəhidləri: Qurbanov Davud Tariyel oğlu - Şəhidlərimizi tanıyaq və tanıdaq!”

15 fevral 2021 | 11:00

Bu gün Azərbaycanın daha bir igid oğlu - adını xalqımızın qəhrəmanlıq səlnaməsinə yazdıran şəhidimiz Qurbanov Davudun doğum günüdür.

Şəhidliyin ünvanı əbədiyyətdir, cənnətdəki ilk Doğum Günün Mübarək, nur üzlü Şəhidimiz!

Qurbanov Davud Tariyel oğlu 15.02.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Bakı şəhər Binəqədi rayonu Rizvan Pirnəzərov adına 299 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2013-cü ildə həmin məktəbi bitirmiş və Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsalat Proseslərinin Avtomatlaşdırılması" fakültəsinə daxil olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir. 2017-2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr təhsili almışdır. "Space" və "Atv" telekanallarında montajçı vəzifəsində çalışmışdır. 01.10.2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi müddətdə kiçik çavuş, sonradan çavuş rütbəsinə yüksəlmişdir. 27 sentyabr 2020-ci ildən, yəni 2-ci Vətən müharibəsinin ilk günündən vətənin keşiyində dayanmış və 03.10.2020-ci ildə torpaqların azad olunması uğrunda gedən döyüşlərdə Suqovuşan istiqamətində şəhid olmuşdur. Davud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" "Suqovuşanın azad olunması uğrunda" medalları ilə təltif olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər