Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisin deputatı Səbinə Xasayeva seçicilərlə növbəti onlayn görüş keçirib.

16 fevral 2021 | 11:00

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Binəqədi rayonu Xocəsən qəsəbəsinin bir qrup sakinləri ilə onlayn görüş keçirib.

Görüşdə iştirak edən vətəndaşlardan İlfə Əliyev, Emin Əliyev, Gülnaz Babayeva, Zülfiyyə Əsədullayeva, Roza Sadıqova, Məsumə Novruzova və Azad Məmmədov bəzi məhəllədaxili yolların asfaltlaşdırılmasının və ışıqlandırılmasının, Xocəsən qəsəbəsindən “Sədərək” ticarət mərkəzinə gedən yolun işıqlandırılmasının, Fərhad Ağazadə küçəsindən kənd qəbirstanlığının sonuna kimi yol çəkilməsinin, o cümlədən, qəsəbədə çörək zavodunun tikilməsinin, qəsəbədə münasib yerdə “Kapital” bankın bankomatının yerləşdirilməsinin, yeni ad verilmiş küçələrə yazılı ünvanların vurulması və həmin ünvanların “Asan” xidmət tərəfindən tanınmasının, uzun müddət əvvəl tikilmiş fərdi evlərin sənədləşdirilməsinin,əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının,qəsəbədə yeni baxça tikilməsinin, mövcud kanalizasiya xətlərinin yenidən qurulmasının və digər məsələlərin vacibliyini qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Görüşdə Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev və Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak etmişlər.

Keçidlər