Şriftin ölçüsü :

Saytın rəngi :

Havanın kəskin dəyişəcəyi haqqında xəbərdarlıq

22 fevral 2021 | 11:00
Fevralın 23-ü axşamdan 25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir. 24-də bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Külək: Şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı ehtimalı var.
Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcəyi, 0-5° şaxta olacağı gözlənilir.
Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.
 
Keçidlər