Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon şəhidi, hərbi qulluqçu Hüseynov Həci Kərim oğlunun ailəsi ziyarət edildi

15 mart 2021 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmış oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur, mütəmadi olaraq, rayonda yaşayan şəhid ailələri və müharibə iştirakçıları, qazilər ziyarət olunur, onlara xüsusi həssaslıqla yanaşılaraq, problemləri dinlənilir, həlli istiqamətində müvafiq tədbirlər görülür.

16 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, “Altes” şirkətlər qrupu və türk sahibkarlarının dəstəyi ilə Vətən Müharibəsi zamanı qəhrəmancasına ən ali zirvə - Şəhidlik zirvəsinə ucalan şəhidimiz - Vətən müharibəsinin qəhrəman hərbi qulluqçusu Hüseynov Həci Kərim oğlunun ailəsi ziyarət etmiş, ailənin qayğı və problemləri ilə maraqlanmışlar.

Keçidlər