Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz Haqverdiyev Ayhan Akif oğlu!

28 mart 2021 | 11:00

Vətən yolunda canından keçən igidlərin fəth elədiyi ən yüksək, şərəfli zirvədir-Şəhidlik zirvəsi. Şəhidlər qərinələr, əsrlər keçsə belə, əsla unudulmayan Müqəddəslərdir.

Bu gün Vətənimizin bütövlüyü uğrunda öz canından keçərək ən uca zirvə- Şəhidlik zirvəsinə ucalmış Haqverdiyev Ayhanın dünyaya göz açdığı gündür.

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Haqverdiyev Ayhan Akif oğlu 2002-ci il mart ayının 28-də Bakı şəhəri, Nəsimi rayonunda anadan olmuş, 2004-cü ildə isə ailəsi ilə birlikdə Binəqədi rayonuna köçmüşlər. 2008-ci ildə Cəbrayıl rayonu Əsgər Veysəlov adına Sirik kənd orta məktəbinin birinci sinifinə daxil olmuş, məktəb dövründə də öz fəallığı və liderlik qabiliyyəti ilə seçilmişdi Ayhan. Qəlbi Vətən sevgisi ilə döyünən qəhrəmanımız xeyirin şər üzərində qələbə çalacağına, öz ana yurdlarına qayıdacaqlarına hər zaman inanırdı. Ayhan istər uşaqlıq, istərsə də məktəb dövründə də öz qorxmazlığı, igidliyi ilə seçilirdi. 2020-ci il sentyabr ayının 27-də mənfur erməni təxribatlarının qarşısını almaq və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Ayhan da öz canı, qanı bahasına döyüşlərdə iştirak etmiş, Füzuli istiqamətində gedən döyüşlərdə, Qaraxanlı kəndində “3 Təpə” deyilən ərazidə 30 sentyabr 2020-ci il tarixində ağır yaralanmışdı. Yaralandıqdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, 4 gün komada qalan Ayhan 4 oktyabr tarixində şəhadətə qovuşmuş və Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində böyük xalq izdihamı ilə dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ayhan Haqverdiyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən Uğrunda” medalları ilə təltif edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin fəalları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin, Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin və digər əməkdaşlar şəhidimiz Haqverdiyev Ayhan Akif oğlunun doğum günü münasibətilə onun məzarını və ailəsini ziyarət etdilər.

Vətən uğrunda canını belə əsirgəməyən bütün oğul və qızlarımıza Allah rəhmət eləsin!

Keçidlər