Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda mütamadi olaraq Vətən müharibəsi zamanı qəhrəmancasına ən ali Zirvə-Şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələri, həmçinin, sağlamlığını itirmiş qazilərimiz və onların ailə üzvləri ziyarət edilir.

18 iyul 2021 | 11:00

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə, Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsul əməkdaşı Kəmalə Vəliyeva və Binəqədi qəsəbə Bələdiyyəsinin sədr müavini Mətanət Nəsibova "Qurban bayramı" ərəfəsində elin igid oğulları-Aprel döyüşləri qəhrəmanları Emin Bağırov və Fəxrəddin Qurbanlının ailələrini ziyarət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışlar.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər