Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi şəhidləri

28 sentyabr 2021 | 11:00

Bütün şəhidlərin taleyi bir-birinə bənzəyir - yarımçıq, nakam... Bu bənzər ömürləri bir-birinə daha sıx birləşdirən bir özəllik var - QƏHRƏMANLIQ, Vətən uğrunda gözünü qırpmadan canını fəda etmək. 44 günlük Vətən müharibəsi Azərbaycan oğullarının səbrinin və qeyrətin sınağa çəkildiyi bir savaşdır.

Düşmənə nifrətdən, Vətənə, yurda tükənməz sevgidən, tarixi ərazilərimizi qorumaq hissindən yoğrulan bu qeyrət oğullarımızı Vətən savaşında ön cəbhədə birləşdirdi.

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızın - nur üzlü Şəhidlərimizin anım günüdür!

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Allah rəhmət eləsin!

Keçid üçün:

https://www.youtube.com/watch?v=-cvNzyKqhS8

https://twitter.com/bineqedi_rih/status/1442862413276073992

Keçidlər