Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayounda Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nailiyyətlər əldə etmiş idmançılar ilə görüş keçirildi

12 oktyabr 2021 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 13 oktyabr 2021-ci il tarixində “Tokio-2020” Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nailiyyətlər əldə etmiş idmançılar ilə görüş keçirildi.

Millixəbər.az xəbər verir ki,görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, başçısının müavini Sevinc Süleymanova, Aparatın şöbə müdirləri Nicat Allahverdiyev və Sabir Əliyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və “Tokio-2020” Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nailiyyətlər əldə etmiş idmançılar-Dürsədəf Kərimova və Xanım Hüseynova iştirak etmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək bildirdi ki, dünya miqyasında idman ölkəsi kimi tanınan doğma Vətənimizin qazandığı yüksək nəticələrin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda Beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindən biridir. 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Qran-pri yarışları bir daha ölkəmizin qüdrətini, idmanımızın inkişaf səviyyəsini göstərir. Sonra Rayon İcra Hakimiyyətinin başçısı xanım idmançılarımızı “Tokio-2020” Paralimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətə görə təbrik edərək, onlara gələcək yarışlarda da uğurlar arzuladı.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, çıxış edərək bədən tərbiyəsi və idmana, idmançılarımıza göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığını bildirərək, idmançılarımızın bundan sonra da beynəlxalq yarışlarda uğurla çıxış edəcəklərinə əmin olduqlarını vurğuladı.

Sonda ölkəmizi “Tokio-2020” Paralimpiya Oyunlarında idmanın cüdo (paracüdo) növü üzrə layiqincə təmsil edərək fəxri kürsünün ən yüksək pilləsinə layiq görülən Dürsədəf Kərimova və Xanım Hüseynova idman sahəsində qazandıqları uğurlardan, bunun üçün ölkəmizdə idmançılara yaradılan şəraitdən, xüsusi qayğıdan, olimpiadaya yolasalma və qarşılanma zamanı təəsüratlarından söhbət açaraq, ölkə başçısına və görüşün təşkilatçılarına xüsusi minnətdarlığını bildirdilər.

Sonda idmançılar qiymətli hədiyyələr ilə mükafatlandırıldı və onlarla xatirə şəkli çəkildi.

https://millixeber.az/bin%C9%99q%C9%99di-rih-nin-bascisi-elxan-allahverdiyev-paralimpiya-oyunlarinda-olk%C9%99mizi-layiqinc%C9%99-t%C9%99msil-ed%C9%99r%C9%99k-yuks%C9%99k-nailiyy%C9%99tl%C9%99r-%C9%99ld%C9%99-etmis-idmanc/?fbclid=IwAR2eBanE_-l-niIn4794S9jhGzvMwR1vG6_clGwv13-shTIjKenG6aj2bqg

 

Keçidlər