Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 8 Noyabr - “Zəfər Günü” münasibəti ilə Vətən müharibəsində şəhadətə yüksəlmiş igidlərimizin məzarları ziyarət olundu.

09 noyabr 2021 | 11:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Qələbənin ildönümü - 8 Noyabr - “Zəfər Günü” münasibətilə Binəqədi  Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının birgə təşkilatçılığı ilə Vətən müharibəsində şəhadətə yüksəlmiş Şəhidlərin Xocəsən, Biləcəri və Binəqədi qəbirstanlığı ərazisində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban komplekslərindəki məzarları ziyarət olunaraq əziz xatirələri yad edilmiş və məzarları özünə gül dəstələri düzülmüşdür.

Ziyarətdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, RİH başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının məsul əməkdaşları və rayon ictimaiyyəti iştirak etmişdir.

Uca Tanrıdan Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Allah rəhmət eləsin!

Keçidlər