Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr- "Zəfər Günü"ndə Binəqədi rayonu Xocəsən gölü ətrafında da ağacəkmə aksiyası keçirilib.

08 noyabr 2021 | 11:00

Xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə 8 Noyabr- "Zəfər Günü"ndə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Xocəsən gölü ətrafında ağacəkmə aksiyası keçirilib.

Nazirliyin, Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi rayon təşkilatının rəsmilərinin, gənclərin, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə keçirilən ağacəkmə kampaniyası zamanı 2 hektar ərazidə 2000 ədəd Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində əkilən ağaclar ETSN-in tinglik sahələrində yetişdirilib.

Keçidlər