Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə şeir müsabiqəsi.

21 dekabr 2021 | 11:00

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə  şeir müsabiqəsi.

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və  6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 15 dekabr  2021-ci il tarixdə Binəqədi rayon  6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr  olunmuş şeir müsabiqəsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan gəncliyi “2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Azərbaycanın tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin tanıdılması, gənclər arasında Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliği, onların istedad və bacarıqlarının  inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.

Müsabiqədə Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Səadət Quliyeva, Sahil Hüseynzadə, 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev, Metodiki şöbəsinin müdiri Mahirə Əliyeva,  “Bədii-qiraət” dərnəyinin rəhbəri Elnurə Mirzəyeva və  Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva açaraq tədbirin mahiyyəti haqqında geniş məlumat vermişdir. Sonra 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev çıxış edərək  müsabiqənin iştirakçılarına  uğurlar arzuladı.

Müsabiqənin nəticəsinə əsasən orta yaş qrupu üzrə 244 nömrəli tam orta məktəbin 3e sinif şagirdi Əlaslanlı Səlcuk 1-ci yer, 99 nömrəli tam orta məktəbin 6c sinif şagirdi Nəcəfli Finurə 2-ci yer, 83 nömrəli məktəb-liseyin 4ç sinif şagirdi Hacızadə Safurə 3-cü yerə layiq görülmüşlər.

Böyük yaş qrupu üzrə isə 297 nömrəli tam orta məktəbin 9c sinif şagirdi Əlişanov Güləli 1-ci yer, 83  nömrəli məktəb-liseyin 9b sinif şagirdi  Kərimli Şəms 2-ci yer, 244 nömrəli tam orta məktəbin 7i sinif şagirdi Yunusova Sevdayə 3-cü yerə layiq görülmüşlər.

Müsabiqədə qalib gələn və fərqlənən iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, fərqlənmə diplomu və təşəkkürnamələrlə mükafatlandırılmışlar.

 

 

Keçidlər