Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə bayram konserti keçirildi.

30 dekabr 2021 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin və məktəbin Mədəniyyət İşçiləri Həmkarlar İttifası Komitəsinin təşkilatçılığı ilə musiqi məktəbində 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə bayram konserti keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, məktəbin pedaqoji heyəti, şagirdlər və  valideynlər iştirak edirdilər.


Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru qonaqları salamlayaraq məktəbin uğurlarından, şagirdlərin istedadlarından söhbət açdı. Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın mədəniyyət siyasətinin daha da geniş miqyasda həyata keçirilməsindən,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyət və incəsənət sahələrinin tərəqqisinə böyük diqqət və qayğıdan, bu məqsədlə həyata keçirilən genişmiqyaslı layihələrdən, yeni mədəniyyət obyektlərinin tikintisindən, mövcud mədəniyyət müəssisələrinin əsaslı təmiri istiqamətində uğurla davam etdirilən işlərdən, xüsusilə istedadlı yeniyetmə və gənclərimizə göstərilən dövlət qayğısından, Azərbaycan mədəniyyətinin, dünyada tanınmasında, görkəmli sənət adamlarının – şairlərimizin, bəstəkarlarımızın, rəssamlarımızın, elm xadimlərimizin yubileylərinin, xatirə günlərinin yüksək səviyyədə qeyd olunmasında  Heydər Əliyev Fondunun  böyük rolundan söhbət açdı.  Sevinc Süleymanova  məktəbin direktoru əməkdar müəllim, professor, bəstəkar Adilə Yusifovanı Binəqədi Rayon İcra Hakimiyyəti başçısı adından  Rayonun ictimai-mədəni həyatında fəal iştirakına və 65 illik yubiley münasibətilə təbrik edərək,  ona Fəxri Fərmanı təqdim etdi və Adilə xanıma yaradıcılıq fəaliyyətindəə uğurları arzu etdi. Adilə müəllimə göstərilən diqqətə görə məktəbin kollektivi və öz adından xüsusi təşəkkürünü bildirdi.


Belə bir gündə təbii ki, Vətən üçün canından keçmiş şəhidlərimizin bizə əmanət etdikləri gül üzlü övladlarını da unutmaq olmazdı. Konsertə dəvət olunan şəhid Nurlan Həsənovun qızı Nurgül Həsənovaya, şəhid Qəmbər Qəmbərlinin qızı Melisa Qəmbərliyə hədiyyələr  təqdim edildi, əyləncəli, şən və rəngarəng bayram konsertində şagirdlərin ifasında bir-birindən fərqli musiqi nümunələri səsləndi. Məktəbli musiqiçilərin ifaları onların  müəllim və valideynlərinə, həmyaşıdlarına yeni il hədiyyələri idi.

Hər zaman həmrəy olan xalmıqızın “Yeni il” bayramı mübarək!

 

Keçidlər