Şriftin ölçüsü :

Saytın rəngi :

Gözlənilən hava şəraiti haqqında məlumat

13 yanvar 2022 | 11:00

Bakıda və Abşeron yarımadasında

Yaxın 2 gün ərzində güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir:
Yanvarın 13-ü axşamdan şimal-qərb küləyinin 18-23 m/s, arabir 25 m/s, 13-dən 14-nə keçən gecə və 14-də səhər arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.
Qarla müşayət olunan güclü külək nəticəsində 14-ü səhər çovğun olacağı ehtimalı var.
14-ü günün ikinci yarısında küləyin 15-18 m/s olacağı, 14-ü axşamdan 15-i gündüzədək isə cənub-qərb küləyinə keçəcəyi, 15-20 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın minimal temperaturunun 14-dən 15-nə keçən gecə 0°-yə yaxın, nisbətən yüksək ərazilərdə 2°-dək şaxta olacağı, yolların buz bağlayacağı gözlənilir.

Qeyd: yağıntı haqqında xəbərdarlıq öz qüvvəsindədir.

Keçidlər