Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun orta məktəblərində Son zəng tədbirləri keçirildi

31 may 2014 | 10:00

Mayın 30-da Binəqədi rayon məktəblərində Son zənglə əlaqədar tədbirlər keçirildi. Rayonun orta məktəblərində təntənə ilə qeyd olunan belə tədbirlərdən biri də N.Fərəczadə adına 100 saylı tam orta məktəbdə reallaşdı. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak etdi.
Tədbir Azərbaycanın dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı.
Sonra məktəbin direktoru Gülnarə Məmmədova çıxış etdi. Tədbir məktəblilərin hazırladıqları musiqi parçaları, rəqslər, bədii kompozisiyalar və gimnastika oyunlarının nümayiş etdirmələri ilə davam etdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında müstəqil həyata ilk addımlarını atan məzunları təbrik etdi, onlara ən xoş arzularını bildirdi. İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar, qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə çağdaş təlim metodlarının tətbiqinin bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaratdığına toxunan natiq bir sözlə millətin gələcəyi olan təhsilin tərəqqisinin cənab Prezidentin xüsusi diqqət göstərdiyi sahə olduğunu vurğuladı. Sonda X.İsgəndərov məzunlara hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz bilik və bacarıqları ilə möhtərəm Prezidentimizin rəhbərliyi ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı.
Bu il ümumilikdə 2531 şagird Binəqədi rayonunda məzun adı qazandı.

Keçidlər