Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gəncləri Quba Milli Qolf Klubunda ekskursiyada oldular

08 avqust 2014 | 10:00

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə bir qrup gəncin Quba rayonunda yerləşən Milli Qolf Klubuna ekskusiyası təşkil olundu.
Ekskursiya çərçivəsində gənclər Milli Qolf Klubunda Azərbaycan Qolf Federasiyası və European Challenge Tour-un təşkilatçılığı ilə ölkə tarixində qolf üzrə ilk Azerbaijan Open Challenge turnirinin final müsabiqəsini izlədilər. Qonaqların diqqətinə çatdırıldı ki, European Challenge Tour hər il 42 ölkədə keçirilir və bu ildən bu yarış hər il Azərbaycanda da keçirilməyə başlayacaq, bu turnir bir ənənə halını alacaq. Bu, gələcəkdə Azərbaycanda qolfun inkişafı, azərbaycanlı qolfçuların yetişdirilməsinə böyük töhfə verəcək.
Tədbir çərçivəsində həmçinin Milli Qolf Klubunda mütəxəssislər tərəfindən gənclərə qolfla bağlı ətraflı məlumat verildi, qolfun qaydaları izah edildi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən Qubanın Qəşrəş kəndində gənclər üçün açıq havada piknik təşkil olundu. Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə gənclər arasında müxtəlif əyləncəli və intellektual oyunlar keçirildi.

Keçidlər