Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2014-cü ilin avqust ayında daxil olan müraciətlər

01 sentyabr 2014 | 10:00

      2014-cü ilin avqust ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646)  daxil olan zənglərin sayı 2862, cavablandırılan zənglərin sayı 2512, birbaşa cavablandırılan zənglərin sayı 1919,  yaradılan əks əlaqələrin sayı  737, 1 operator üzrə zənglərin orta sayı 90, tərtib edilən şikayət vərəqələrinin sayı 593, icraçılıq səviyyəsi 97,9 %, xidmət səviyyəsi 95,0 % olub.Şikayət xarakterli müraciətin 581-i və ya 97,9 %-nin icrası təmin edilib, o cümlədən 524-ü və ya 90,1 %-i tam həll olunub, 5-i və ya 0,8 %-i qismən həll edilib, 52-si və ya 8,9 %-nə müvafiq izahat verilərək həll edilib, 12-si və ya 2 %-nin həlli icraatdadır.Cari ilin avqust ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 395-i və ya 66,6 %-i  su-kanalizasiya, 92-si və ya 15,5 %-i lift problemləri, 39-u və ya 6,5 %-i qaz təchizatı, 18-i  və ya 3,0  %-i zibil və tullantılar ilə əlaqədar, 14-ü və ya 2,3 %-i yolların yararsız olması ilə əlaqədar, 7-i və ya 1,1 %-i sakinləri narahat edən digər məsələlər, 28-i və ya 4,7 %-i elektrik təchizatı ilə bağlı, 7-i və ya 1,1 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olub.Xidmətə ay ərzində 21 təşəkkür müraciəti daxil olub.

Keçidlər