Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2013-2014-cü dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirildi

13 sentyabr 2014 | 10:00

   Sentyabrın 13-də Binəqədi rayonunda 2013-2014-cü dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Bakı şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayonun tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
   Tədbir iştirakçıları və qonaqlar ilk öncə Ulu Öndər Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı büstü önünə gül dəstələri qoydu, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildirdilər.
   Şura iclasını Binəqədi RİH başçısının müavini Vüsar İsmayılov açaraq, təhsilə göstərilən dövlət qayğısından danışdı. V.İsmayılov Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü, inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına söykənən siyasətin mühüm istiqamətlərindən birinin təhsil siyasəti olduğunu vurğuladı. Natiq Azərbaycanda təhsilin səviyyəsinin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğu bildirdi.
   Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova “Binəqədi rayonunda 2013-2014-cü dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” barədə məruzə ilə çıxış etdi.
   Tədbir 18 saylı Bakı Peşə Liseyinin direktoru Rəhim Ağamalıyev, 284 saylı tam orta məktəbin ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş məzunu Elnarə Rüstəmzadə və 126 saylı tam orta məktəbi qızıl medalla bitirmiş və ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş məzun Rasim Həsənzadənin çıxışları ilə davam etdi.
   Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxışında hazırda dünya standartlarına cavab verə biləcək səviyyədə, yüksək keyfiyyətli təhsil almaq üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirdi.
   Tədbirin sonunda Şura qərarı oxundu və ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra hakimiyyəti tərəfindən təltif olundular.
   Yekunda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanmış gənclərlə xatirə şəkli çəkdirildi.

Keçidlər