Şriftin ölçüsü :

Saytın rəngi :

Qafqazda ən böyük məscid kompleksi Binəqədi rayonu ərazisində inşa olunur

22 sentyabr 2014 | 10:00

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı şəhərində yeni məscid kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında”18 avqust 2012-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonu ərazisində hazırda yeni məscid kompleksi tikilir.
Tikintisinə 2012-ci ilin sonlarında başlanan məscid 4 min kv metr ərazini əhatə edir. Məscid kompleksi eyni vaxtda 2000-dən çox nəfərə xidmət edə biləcək. Kompleksin daxilində tamamlanma-bəzək işlərində mərmərdən və taxtadan istifadə olunub. Layihədə ibadət evinin həyətində avtomobillər üçün dayanacaqların olması nəzərdə tutulur. Hazırda məsciddə 95 metr hündürlükdə minarələr inşa edilir. Ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72, baş günbəzin hündürlüyü 55, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaq. Artıq minarələrin 4-ü də inşa edilib, tamamlanma işləri aparılır. Məscidin ümumi hündürlüyünün 81 metr olacağı nəzərdə tutulur. Məscidin əsas salonu 900 kv metr, qadınlar üçün nəzərdə tutulan digər salon isə təqribən 350 kv metr olacaq.
9-cu mikrorayonda, Həmzə Babaşov küçəsində inşa olunan məscidin minarələrində son tamamlama işləri həyata keçirilir. Həmçinin ətraf ərazilərin abadlaşdırılmasına və daxili tərtibatın hazırlanmasına başlanılıb.
    Hazırda məscid üçün kanalizasiya, işıq və digər kommunal xətlər çəkilir.
    Məscidin ətrafında olan zeytun ağaclarından ibarət bağın ərazisində isə müasir standartlara uyğun park salınması nəzərdə tutulub.
    Dövlət başçısı Binəqədi rayonu ərazisində tikilən yeni məscid kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmaq məqsədilə Binəqədi rayonuna iki dəfə səfər edib.

Keçidlər