Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi qəsəbəsində abadlıq işləri davam etdirilir

25 sentyabr 2014 | 10:00

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərcivəsində Binəqədi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri təkcə rayon mərkəzini deyil,ayrı-ayrı qəsəbələri, yaşayış məntəqələrini də əhatə edir. Surətlə abadlaşan, müasirləşən belə qəsəbələrdən biri də rayon mərkəzindən təqribən 5 kilometr məsafədə yerləşən Binəqədi qəsəbəsidir. Qəsəbə son illərdə görkəmini əsaslı surətdə dəyişib, burada uzun illərdən bəri yığılıb qalmış problemlərin həlli istiqamətində ciddi işlər görülüb. Bir çox məhəllədaxili yollar asfaltlanıb, yol kənarları abadlaşdırılıb. Qəsəbədə fəaliyyət göstərən məktəb, uşaq bağçaları, mədəniyyət evi əsaslı təmir edilib. Əhalinin istirahəti üçün  parklar salınıb, müasir tələblərə cavab verən abad məhəllələr yaradılıb.
Binəqədi rayonunda görülən işlər sosial mahiyyət daşımaqla bərabər, mədəni sahələrdən də yan keçmir. Binəqədi Mərkəzi Mədəniyyət Evinin əsaslı təmiri və yenidənqurulması işləri yekunlaşmaq üzrədir. Binada müasir tələblərə cavab verən  təmir-bərpa işləri zamanı tarixi memarlıq üslubunun qorunmasına xüsusi diqqət  yetirilib.
Rayon ərazisində, o cümlədən Binəqədi qəsəbəsində gedən surətli məskunlaşma bir sıra sosial və kommunal sahələrlə yanaşı, təhsil müəssisələrində də sıxlığın yaranmasına səbəb olmuşdur. Son illər qəsəbədə su probleminin aradan qaldırılması istiqamətində də tədbirlər görülüb. Qəsəbədə yerləşən 182 saylı tam orta məktəbdə 65 sinif otağından ibarət 1300 şagirdlik əlavə korpus tikilib, məktəbin köhnə binası da əsaslı təmir olunub. Qəsəbənin G.Ramazanov küçəsi və ətraf  küçələr abadlaşdırılıb.  Məktəbə gedən yolun sağ və sol hissəsində yaşıllıqlar salınıb, gül kolları əkilib, sakinlərin istirahəti üçün oturacaqlar quraşdırılıb. Həmçinin, elektrik naqilləri yenisi ilə əvəz olunub, qaz xətləri dəyişdirilib, küçə boyu evlərin və obyektlərin dam ortükləri yeniləri ilə əvəz edilib. Hasarlar aqlay örtüyü ilə üzlənib, evlərin giriş qapıları və pəncərələri dəyişdirilib, mərkəzi və ətraf  küçələrə asfalt örtüyü döşənib. Binəqədi-Novxanı yolunda da abadlıq işləri aparılıb.

Keçidlər