Şriftin ölçüsü :

Saytın rəngi :

İDEA İctimai Birliyinin dəstəyi ilə Bakı şəhərində “Yer saatı” layihəsi keçirildi

29 mart 2015 | 11:00

İDEA İctimai Birliyi, Dünya Vəhşi Təbiət Fondu (WWF) Azərbaycan nümayəndəliyi və “Green Baku” təşkilatının dəstəyi ilə Bakıda “Yer saatı” layihəsi keçirilmişdir.
“Yer saatı” kampaniyası zamanı layihəyə dəstək məqsədi ilə Binəqədi rayonu ərazisində yerləşən Azadlıq prospekti 71/160-12/162, 14/164-15/166, 170/14-172/16-176/18,180/20-180/24,188/28-192/30,196/32-200/36 ünvanında yerləşən binaların da fasad işıqları söndürüldü.
Bir saat davam edən tədbir zamanı iştirakçılar şəhərin mərkəzi hissəsində yerləşən böyük binaların fasad işıqlarının söndürülməsini müşahidə etməklə yanaşı, simvolik şamların yandırılması prosesində və velosiped yürüşündə də iştirak etdilər.
İlk dəfə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2007-ci ildə başlanmış “Yer saatı” kampaniyasının məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhlükələrə yönəltməkdir. Hər il keçirilən "Yer saatı" kampaniyası zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaət edilməsini təşviq edirlər. Bu il keçirilmiş kampaniya çərçivəsində dünyanın müxtəlif yerlərində yaşayan bir milyarddan artıq insan iqlim dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün bir araya gəldi.

Keçidlər