Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatıdır” mövzusunda tədbir keçirildi

05 avqust 2015 | 10:00

4 avqust tarixdə Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və  Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə “Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatıdır” mövzusunda tədbir keçirildi.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Hikmət Babayev, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rauf Həsənov, Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi rayon bələdiyyəsinin məsul əməkdaşı, 1 nömrəli SİƏD-nin sədri Dilbər Şükürova, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan “ASAN” Könüllüləri və Binəqədi rayonunun fəal gəncləri iştirak etdi. 
İlk öncə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda müasir dövlət quruculuğu sahəsində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş edildi.
Tədbiri giriş sözü ilə açan Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi və layihənin rəhbəri Rauf Həsənov layihənin əhəmiyyəti haqqında geniş məlumat verdi və bu kimi layihələrin davamlı olacağını diqqətə çatdırdı.
Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Hikmət Babayev, Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev  mühazirəçi qismində çıxış etdilər.
Çıxışlardan sonra gənclərə söz verildi və Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan “ASAN Könüllüsü” Fidan Alıyeva layihə haqqında təəssüratlarını bölüşdü.
Sonda gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparıldı.

Keçidlər